Azərbaycanda ilk dəfə Çin istehsalı FD-2000B hava HHS göründü

Azərbaycanda ilk dəfə Çin istehsalı FD-2000B hava HHS göründü

Sevinc Kərimova · Hərbi ·

Azərbaycan Ordusu ilk dəfə olaraq Çin istehsalı FD-2000B (HQ-9B) zenit-raket kompleksini ictimaiyyət arasına çıxarıb. Sistem ölkənin hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordunun arsenalına daxil edilib.

Redaksiya xəbər verir ki, FD-2000B sistemi 300 kilometrədək məsafədəki hədəfləri vurmaq gücünə malikdir. Kompleks eyni anda bir neçə hava hədəfini — təyyarə, pilotsuz aparat və qanadlı raketləri izləyib məhv edə bilir.

Mütəxəssislərin fikrincə, bu sistemin tətbiqi Azərbaycanın strateji hava məkanının müdafiəsini əhəmiyyətli dərəcədə artıracaq.