Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır

Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır

Aytac Dəniz · Siyasət ·

Hindistandan Azərbaycanda təhsil alan tələbələrin sayı 500 nəfərdir.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqə deyib.

Nazir iki ölkə arasında mədəni əlaqələrə də toxunaraq Hindistan istehsalı olan 30-dan artıq filmin çəkilişlərinin həm də Azərbaycanda aparıldığını vurğulayıb.