Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb

Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb

Aytac Dəniz · İqtisadiyyat ·

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 116 milyon 213,7 min ton yük, 1 milyard 603 milyon 339,6 min sərnişin daşınıb.

Redaksiya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 milyon 297,4 min ton və ya 6,7 % və 161 milyon 683,5 min sərnişin və ya 11,2 % çoxdur.

Hesabat dövründə 1 milyard 482 milyon 288,6 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 151 milyon 688,4 min nəfər və ya 11,4 % çoxdur. 2026-ci ilin yanvar-sentyabr aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 9 milyon 995,1 min nəfər və ya 9 % artaraq 121 milyon 51 min nəfər olub.

Sərnişinlərin 92,5 %-i avtobus, 7,5 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.