2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası üçün 14,3 milyon manat nəzərdə tutulub.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, növbəti ildə bu xərclərin 54%-i hesabına audit və analitik fəaliyyət formasında 45 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulub.
2027-ci ildə əhatə edilən auditlərlə icmal büdcənin təxminən 1/3-nin əhatə edilməsi hədəflənir. Ayrılan vəsaitlər hesabına horizontal (tematik) dövlət auditinin sayının 2, performans (səmərəlilik) auditinin payının isə ümumi portfelin 15%-dən çox olması nəzərdə tutulur. Eyni zamanda, 1 sektorda OMXÇ-nin dövlət auditi çərçivəsində qiymətləndirilməsi, həmçinin 4 sayda qurumda konsolidə edilmiş maliyyə hesabatlarının auditi nəzərdə tutulur. Ən azı 2 səmərəlilik auditində iqlim dəyişiklikləri, dayanıqlı inkişaf məqsədləri və s. kimi aktual mövzuların əhatə olunması planlaşdırılır.

Azərbaycanda 45 dövlət qurumunun maliyyə hesabatları yoxlanılacaq
Aytac Dəniz · İqtisadiyyat ·