Azərbaycanın ixrac etdiyi təbii qaz, Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri vasitəsilə artıq Suriyanın Hüms vilayətinə çatdırılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının genişlənməsi baxımından mühüm addım hesab olunur.
Redaksiya xəbər verir ki, qaz nəqli layihəsi regional enerji təhlükəsizliyinə töhfə vermək və Suriyanın enerji təminatını sabitləşdirmək məqsədi daşıyır.
Mütəxəssislər bu marşrutun həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıdığını, Azərbaycan qazının yeni bazarlara çıxışı üçün əlavə imkanlar yaratdığını bildirirlər.
Fərid Əlizadə
