Azərbaycanın minifutbol millisi 2025-ci il dünya çempionatının finalında Macarıstan komandasını 4:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu adını qazandı.
Redaksiya xəbər verir ki, final qarşılaşması 1 iyun 2025-ci il tarixində Bakıda, Milli Gimnastika Arenasında keçirilib. Matçda Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2 qol) Azərbaycan millisini zəfərə daşıyan futbolçular olub.
Komandanın baş məşqçisi Elşad Quliyev bu tarixi nəticə ilə ölkə idmanında yeni bir səhifə açdı. Turnirin üçüncü yer uğrunda görüşündə isə Serbiya komandası Monteneqro üzərində 3:0 hesablı qələbə ilə bürünc medala sahib olub.
Qeyd edək ki, Minifutbol üzrə Dünya Çempionatı 21 may – 1 iyun tarixlərində Bakıda təşkil olunub və yarışa 32 milli komanda qatılıb. Bütün oyunlar Milli Gimnastika Arenasında baş tutub.
Fərid Əlizadə
