Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək

Sevinc Kərimova · Siyasət ·

Milli Məclis “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyib.

Redaksiya xəbər verir ki, bu məsələ parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənəd 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanıb.