Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, "EFES - 2026" çoxmillətli təliminin növbəti mərhələsinə hazırlıq prosesi davam edir. Bu təlimlər Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilir.
Redaksiya xəbər verir ki, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Türkiyəyə yola düşüb. Hərbi qulluqçular Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.
"EFES - 2026" çoxmillətli təliminin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsidir. Eyni zamanda, təlim döyüş hazırlığı səviyyəsinin yüksəldilməsini və praktiki vərdişlərin təkmilləşdirilməsini hədəfləyir.
