AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Aytac Dəniz · İqtisadiyyat ·


Oktyabrın 1-də Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) emissiya etdiyi, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə son kupon ödənişi həyata keçiriləcək.

MDM-dən bildirilib ki, son kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1610 manat təşkil edəcək.

Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazlar üzrə son kupon ödənişi ilə yanaşı, hər bir qiymətli kağızın 100 min manat məbləğində nominal dəyəri də ödəniləcək.