Axios yalanlandı

Axios yalanlandı

Sevinc Kərimova · Dünya ·

Ukraynanın Rusiya hərbi hava bazalarına təşkil etdiyi genişmiqyaslı hücumlarla bağlı ABŞ-ın əvvəlcədən məlumatlandırıldığı barədə yayılan iddialar rəsmi olaraq təkzib olunub.

Redaksiya xəbər verir ki, Axios nəşri ilkin xəbərində Ukraynanın Tramp administrasiyasını əvvəlcədən xəbərdar etdiyini yazsa da, Ağ Evin sözçüsü bu iddianı təkzib etdikdən sonra nəşr məqaləni redaktə edərək ABŞ-ın məlumatlandırılmadığını bildirib.

Ukrayna hökumətindən Reuters-ə verilən açıqlamada da təsdiqlənib ki, əməliyyatdan öncə ABŞ tərəfinə heç bir məlumat verilməyib. Bu hal informasiya manipulyasiyasının beynəlxalq müstəvidə hansı sürətlə yayıla biləcəyinin bariz nümunəsidir.

Sevinc Kərimova