Axios: Tramp Netanyahuya sərt ifadələrlə etiraz edib

Axios: Tramp Netanyahuya sərt ifadələrlə etiraz edib

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında sərt ifadələr işlətdiyi bildirilir.

Redaksiya Axios-a istinadla xəbər verir ki, Tramp İsrailin Livandakı hərbi eskalasiyasından qəzəblənib və Netanyahuya ciddi etiraz edib.

Məlumata görə, ABŞ rəsmilərindən biri Trampın Netanyahuya mesajını belə xülasə edib: “Sən tamamilə dəlisən. Mən olmasaydım, həbsdə olardın. Mən səni xilas edirəm. İndi hamı sənə nifrət edir. Bu səbəbdən hamı İsrailə nifrət edir”.

Danışıqdan xəbərdar olan digər mənbə isə Trampın çox qəzəbli olduğunu və bir məqamda Netanyahuya “Sən nə edirsən?” deyə bağırdığını bildirib.

Axios yazır ki, Tramp Hizbullahın İsrailə hücum etdiyini və İsrailin cavab vermək hüququ olduğunu qəbul edir. Lakin o, İsrailin son günlərdəki cavabının qeyri-mütənasib olduğunu və Vaşinqtonun İranla atəşkəsin uzadılması üzrə diplomatik səylərini riskə atdığını düşünür.

Məlumata görə, telefon danışığından sonra İsrailin Beyrutun Dahiye bölgəsinə planlaşdırdığı böyük zərbə təxirə salınıb.

Hadisə ABŞ-İsrail münasibətlərində gərginliyin artdığını və Tramp administrasiyasının Livan cəbhəsində daha geniş regional müharibənin qarşısını almağa çalışdığını göstərir.