Son bir həftədir Danimarka səmasında, o cümlədən hərbi bazalar üzərində naməlum dronlar müşahidə olunub. Hakimiyyət orqanları yaşayış məntəqələrində təhlükə yarana biləcəyi səbəbilə onları vurmaqdan imtina edib.
Redaksiya xəbər verir ki, Avropa İttifaqı bu hadisələrə görə məsuliyyəti Rusiyanın üzərinə qoyur, lakin Danimarka konkret ölkə adı çəkməyib. Rəsmi Kopenhagen bu dronların “peşəkar aktyor” tərəfindən idarə olunduğunu bəyan edib. Bildirilir ki, iri ölçülü aparatlar saatlarla havada qala bilir.
Oxşar hadisələr Almaniyada, Norveçdə və İsveçin dəniz bazası yaxınlığında da qeydə alınıb. Hadisələrin əksəriyyəti bölgədə Rusiya ilə əlaqələndirilən yük gəmilərinin yaxınlıqda olduğu vaxtlara təsadüf edir.
