"Assist Finance"da bu şəxsə yüksək vəzifə verildi

"Assist Finance"da bu şəxsə yüksək vəzifə verildi

Aytac Dəniz · İqtisadiyyat ·

"Assist Finance İnvestisiya Şirkəti" ASC-də Beynəlxalq bazarlar üzrə rəhbər vəzifəsinə təyinat olub.

Bu vəzifə Tofiq Kərimova həvalə edilib.

Qeyd edək ki, T.Kərimov bundan öncə Azərbaycan Kapital Bazarları Assosiasiyasının İdarə heyətinin sədri olub.

Məlumat üçün deyək ki, “Assist Finance İnvestisiya Şirkəti” ASC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 400 050 manat, qanuni təmsilçisi isə Cəfər İbrahimov Qəmədin oğludur.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında “Assist Finance İnvestisiya Şirkəti”nin Bakı Fond Birjasında daxili birja dövriyyəsi 2 milyard 511,4 milyon manat təşkil edib.

Plat.az