“ASAN xidmət”in və IDEA İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Bir arzu, bir fidan” layihəsi həyata keçirilib.
Əsas məqsəd aztəminatlı ailələrdən olan uşaqların arzularını reallaşdırmaqla yanaşı, ətraf mühitin mühafizəsinə töhfə vermək, cəmiyyətdə ekoloji məsuliyyət hissini gücləndirmək və xeyirxahlıq dəyərlərini təşviq etməkdir.
Layihənin ilk mərhələsində “ASAN Məktub” sosial proqramı vasitəsilə 200 uşağın arzusu gerçəkləşdirilib. Uşaqların arzularının həyata keçirilməsinə dəstək göstərən vətəndaşların xeyirxah təşəbbüsü layihənin növbəti mərhələsində ekoloji fəaliyyətlə davam etdirilib.
Ağacəkmə aksiyasında layihə çərçivəsində arzuların gerçəkləşməsinə töhfə verən vətəndaşların adına fidanlar əkilib.
“Bir arzu, bir fidan” layihəsi sosial həmrəyliyin, xeyirxahlığın və ekoloji məsuliyyətin vəhdətini nümayiş etdirərək həm uşaqların üzündə təbəssüm yaratmağa, həm də daha yaşıl gələcəyin formalaşmasına töhfə verib.

