Son dövrlərdə aviasiya sektorunda sərnişin çəkisinin azalmasının iqtisadi təsirləri müzakirə olunur. Analitiklərin fikrincə, çəki azaldan dərmanlara marağın artması hava yollarının maliyyə göstəricilərinə müsbət təsir göstərə bilər.
Redaksiya məlumat verir ki, hesablamalara əsasən sərnişinlərin orta çəkisinin 10 faiz azalması təyyarələrin ümumi çəkisini təxminən 2 faiz azaldır. Bu isə yanacaq xərclərinin orta hesabla 1,5 faiz azalmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, Ozempic kimi preparatların geniş yayılması hava yollarının gəlirlərini artıra və eyni zamanda ətraf mühitə mənfi təsiri azalda bilər. Nəzəri baxımdan bu dəyişikliklərin aviabiletlərin qiymətlərinə də təsir göstərə biləcəyi istisna edilmir.
