Argentinanın Patagoniya bölgəsində minlərlə hektar ərazini əhatə edən güclü meşə yanğınları ciddi fəsadlara yol açıb, yaşayış evləri məhv edilib, minlərlə insan təxliyə olunub və bir sıra milli parklar təhlükə altına düşüb.
Redaksiya xəbər verir ki, yanğınlar yanvar ayının əvvəlindən etibarən Çubut və Santa Kruz əyalətlərində qeydə alınıb və onların sürətlə yayılmasına həddindən artıq istilər, uzunmüddətli quraqlıq və güclü küləklər səbəb olub.
Rəsmi qurumlar ən azı bir hadisədə qəsdən yandırma faktının təsdiqləndiyini bildirir, bununla yanaşı, sosial şəbəkələrdə yayılan və turistlərin tonqal qalamasını əks etdirən video geniş müzakirələrə səbəb olub.
Həmin görüntülərdən sonra israilli turistlərin günahlandırılması ilə bağlı əsassız iddialar və konspirativ fikirlər yayılıb, Argentina Prezidenti Xavyer Milei isə bu ittihamları qətiyyətlə rədd edərək onları əsassız adlandırıb.
