Araşdırma: Mənfi düşüncələr beyin sağlamlığını təhlükəyə atır

Araşdırma: Mənfi düşüncələr beyin sağlamlığını təhlükəyə atır

Sona Osmanova · Elm ·

Alimlərin apardığı araşdırmalar göstərib ki, davamlı mənfi düşüncələr insan beyninə ciddi zərər vurur və demensiya riskini artırır. Tədqiqat nəticələrinə əsasən, daim neqativ fikirlərə fokuslanmaq beynin daxildən aşınmasına səbəb olur və zehni sağlamlığı zəiflədir.

Redaksiya xəbər verir ki, mütəxəssislər sağlam beynin təbii olaraq daha optimist düşüncə tərzinə meylli olduğunu vurğulayırlar. Araşdırmalarda qeyd olunur ki, insan mənfi düşüncələr üzərində uzun müddət qaldıqda orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi yüksəlir və bu proses neyronların məhv olmasına gətirib çıxarır.

Elmi müşahidələrə görə, kortizolun uzunmüddətli yüksək səviyyəsi yaddaş funksiyalarını zəiflədir, diqqət və öyrənmə qabiliyyətinə mənfi təsir göstərir. Bu hal xüsusilə yaşlı insanlarda demensiya və digər neyrodegenerativ xəstəliklərin yaranma ehtimalını artırır.

Mütəxəssislər bildirirlər ki, zehni sağlamlığın qorunması üçün müsbət düşüncə vərdişlərinin formalaşdırılması, stressin idarə olunması, psixoloji balansın saxlanılması və sosial aktivliyin artırılması mühüm rol oynayır. Onların fikrincə, mənfi düşüncələrin nəzarət altına alınması beyin sağlamlığının uzunmüddətli qorunmasının əsas şərtlərindən biridir.