Araşdırma: Əzələ artıran preparatlar kişilərdə sonsuzluğa yol aça bilər

Araşdırma: Əzələ artıran preparatlar kişilərdə sonsuzluğa yol aça bilər

Aytac Dəniz · Səhiyyə ·

Son araşdırmalar göstərir ki, əzələ kütləsini artırmaq məqsədilə istifadə olunan hormonal əlavələr və digər preparatlar kişilərin reproduktiv sağlamlığına mənfi təsir edə bilər. Bu cür vasitələrin uzunmüddətli qəbulu orqanizmdə təbii hormon balansını poza və nəticədə cinsi istəkdə azalmaya səbəb ola bilər.

Redaksiya məlumat verir ki, mütəxəssislər xüsusilə ağır atletika və bodibildinqlə məşğul olan şəxslər arasında sonsuzluq riskinin daha yüksək olduğunu bildirirlər. Qeyd olunur ki, nəzarətsiz dərman istifadəsi sperma keyfiyyətinin azalmasına və hormonal sistemdə geri dönməz dəyişikliklərə yol aça bilər.

Mütəxəssislər gənclərə həkim tövsiyəsi olmadan heç bir preparatdan istifadə etməməyi məsləhət görürlər. Onların fikrincə, keyfiyyətli yuxu rejimi, sağlam və balanslı qidalanma, eləcə də ölçülü fiziki aktivlik həm ümumi bədən sağlamlığı, həm də cinsi sağlamlıq üçün daha faydalı hesab olunur.