Apple iPhone Pro modelində Dynamic Island dizaynından imtina edir

Apple iPhone Pro modelində Dynamic Island dizaynından imtina edir

Fərid Əlizadə · Texnologiya ·

Daxili mənbələrdən yayılan məlumatlara görə, Apple-ın növbəti iPhone 18 Pro modelində mövcud Dynamic Island dizaynı yer almayacaq və cihazın ön görünüşündə ciddi dəyişikliklər ediləcək.

Redaksiya xəbər verir ki, yeni modeldə yalnız ekranın sol küncündə kamera üçün kiçik dəlik qalacaq, Face ID və digər sensorlar isə tamamilə ekranın altına yerləşdiriləcək.

Bu yanaşma Apple üçün dizayn baxımından radikal addım hesab olunur və istifadəçilərə daha geniş ekran sahəsi təqdim etməyi hədəfləyir.

Analitiklərin fikrincə, Dynamic Island-dan imtina bəzi istifadəçilər üçün narazılıq yarada bilər, lakin yeni dizaynın gündəlik istifadə təcrübəsinə müsbət təsir göstərəcəyi ehtimal olunur.