İnsayderlər tərəfindən yayılan məlumata əsasən, yeni iPhone 18 Pro modelinin dizaynı ictimaiyyətə təqdim olunub. Bildirilir ki, cihazın ön panelində uzun müddətdir istifadə olunan çıxıntı tamamilə aradan qaldırılıb.
Redaksiya xəbər verir ki, yenilənmiş modeldə ön kamera ekranın sol küncünə yerləşdirilib. Bu dəyişiklik ekranın ümumi görünüşünü daha simmetrik və minimal hala gətirməyi hədəfləyir.
Məlumata görə, yeni iPhone Pro üçün rəng palitrası da genişləndirilib. İstifadəçilərə qəhvə çaları, bordo və bənövşəyi rəng seçimlərinin təqdim olunacağı qeyd edilir.
