Altı ölkədən İsrailə sərt reaksiya: “Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”

Altı ölkədən İsrailə sərt reaksiya: “Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”

Sevinc Kərimova · Siyasət ·

Qətər, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İsrail parlamentinin İordan çayının qərb sahilini ilhaq etməsi ilə bağlı ortaq bəyanat yayımlayıb.

Redaksiya xəbər verir ki, altı ərəb və müsəlman ölkəsinin birgə açıqlamasında Knessetin bu addımı beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilib.

Bəyanatda bildirilir ki, ilhaq qərarı regionda gərginliyi daha da artıracaq, Fələstin xalqının hüquqlarını pozacaq və iki dövlətli həll perspektivinə ciddi zərbə vuracaq.

Tərəflər BMT başda olmaqla beynəlxalq ictimaiyyəti bu qərara qarşı konkret addımlar atmağa çağırıblar. Açıq mövqe sərgilənmədiyi təqdirdə, bölgədə sabitliyin daha da pozulacağı vurğulanıb.

Sevinc Kərimova