Almaniya vətəndaşlarına təcili İranı tərk etmək çağırışı

Almaniya vətəndaşlarına təcili İranı tərk etmək çağırışı

Redaksiya · Siyasət ·

Almaniya hökuməti, İran ərazisindəki vətəndaşlarına ölkəni təcili tərk etmələri barədə çağırış edib. Bu barədə məlumat Almaniyanın Tehrandakı səfirliyinin sosial media hesabında yayımlanıb.

Redaksiya məlumat verir ki, "İrandakı Almaniya vətəndaşlarına ölkəni təcili tərk etmələri barədə çağırış" başlığı altında yayımlanan açıqlamada, İranda və regionda gərginliyin davam etdiyi bildirilib. Açıqlamada, təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi və hərbi toqquşmaların baş verməsi ehtimalının istisna olunmadığı qeyd edilib.

Bu səbəbdən, Almaniya vətəndaşlarına İranı tərk etmələri barədə çağırışın təkrarlanması zərurəti vurğulanıb. Açıqlamada, gərginliyin artması halında Xarici İşlər Nazirliyi və Tehrandakı Almaniya səfirliyinin ölkədən çıxışla bağlı "demək olar ki, heç bir dəstək göstərə bilməyəcəyi" nəzərə alınaraq, Almaniya vətəndaşlarından mövcud imkanlardan istifadə edərək ölkəni tərk etmələri istənilib.