Almaniya Silahlı Qüvvələri kiberhücumlar, sabotaj və dezinformasiyanı mümkün hərbi münaqişənin ilkin mərhələləri kimi qiymətləndirməyə başlayıb. Bu yanaşma ölkənin yeni Operativ Planında öz əksini tapıb.
Redaksiya POLITICO-ya istinadla xəbər verir ki, sənəddə hibrid hücumların genişmiqyaslı hərbi qarşıdurmaya zəmin yaratmaq məqsədi daşıya biləcəyi qeyd olunur. Bildirilir ki, bu cür fəaliyyətlər klassik silahlı əməliyyatlardan əvvəl həyata keçirilə bilər.
Qeyd olunur ki, Almaniya NATO-nun əsas logistika mərkəzlərindən biri hesab edildiyindən, istənilən iri miqyaslı münaqişə zamanı erkən mərhələdə hədəfə çevrilə bilər. Plan çərçivəsində həm hərbi, həm də mülki infrastrukturun mümkün hücum riskləri nəzərə alınır.
