Almaniya kansleri nüvə enerjisindən imtina etməyi strateji səhv hesab edir

Almaniya kansleri nüvə enerjisindən imtina etməyi strateji səhv hesab edir

Sona Osmanova · Siyasət ·

Almaniya kansleri Fridrix Merts ölkəsinin nüvə enerjisindən imtina etməsini ciddi strateji səhv kimi qiymətləndirib və bu qərarın uzunmüddətli nəticələr doğurduğunu bildirib.

Redaksiya məlumat verir ki, kansler Almaniyanın hazırda dünyada ən bahalı enerji keçidini həyata keçirdiyini vurğulayıb və bu prosesin həm iqtisadi, həm də struktur baxımından böyük çətinliklər yaratdığını qeyd edib.

Onun sözlərinə görə, başqa heç bir ölkə enerji siyasətində Almaniya qədər mürəkkəb və baha başa gələn yol seçməyib və bu, dövlət, sənaye və istehlakçılar üçün əlavə yük formalaşdırıb.

Merts hesab edir ki, qəbul edilmiş qərarlar enerji təhlükəsizliyi və rəqabət qabiliyyəti baxımından yenidən dəyərləndirilməli, gələcək addımlar daha balanslı və praqmatik yanaşma əsasında atılmalıdır.