Almaniya kansleri: “Biz bir neçə ildir ki, imkanlarımızdan artıq yaşayırıq”

Almaniya kansleri: “Biz bir neçə ildir ki, imkanlarımızdan artıq yaşayırıq”

Sevinc Kərimova · Siyasət ·

Almaniya kansleri Fridrix Merts ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasının zəruri olduğunu bildirib. O, xüsusilə Bürgergeld adlı müavinət proqramının dəyişdirilməli olduğunu qeyd edib.

Redaksiya xəbər verir ki, Merts “Handelsblatt” qəzetinə açıqlamasında hazırkı sistemin mövcud maliyyə imkanları ilə davam etdirilməsinin qeyri-mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni dəyişikliklər məşğulluğu stimullaşdırmalı və iqtisadi artıma təkan verməlidir.

“Biz bir neçə ildir ki, imkanlarımızdan artıq yaşayırıq,” – deyə Almaniya kansleri əlavə edib.

Sevinc Kərimova