Ağ Ev yaxınlığında atışma baş verdi - VİDEO

Ağ Ev yaxınlığında atışma baş verdi - VİDEO

Nizami Salmanov · Media ·

ABŞ-da Ağ Ev yaxınlığında silahlı insident baş verib.

Redaksiya NBC News və Reuters-ə istinadla xəbər verir ki, hadisə 17-ci küçə və Pensilvaniya prospekti yaxınlığındakı Məxfi Xidmət nəzarət-buraxılış məntəqəsində qeydə alınıb.

Məlumata görə, silahlı şəxs nəzarət məntəqəsinə yaxınlaşaraq çantasından silah çıxarıb və Məxfi Xidmət əməkdaşlarına atəş açıb.

Məxfi Xidmət əməkdaşları cavab atəşi açıb. Şübhəli yaralanaraq xəstəxanaya çatdırılıb, lakin daha sonra öldüyü bildirilib.

Hadisə zamanı bir mülki şəxsin də güllə yarası aldığı qeyd olunur. Onun hansı tərəfin açdığı atəş nəticəsində yaralandığı hələlik məlum deyil.

Məxfi Xidmət əməkdaşları arasında xəsarət alan olmayıb.

Hadisə zamanı Prezident Donald Trampın Ağ Evdə olduğu, lakin təhlükəsizliyinə risk yaranmadığı bildirilir.

Atışmadan sonra Ağ Ev qısa müddətə təhlükəsizlik rejiminə keçirilib, jurnalistlərə isə sığınacaqda qalmaq tapşırılıb.

FBI insidentlə bağlı araşdırmaya qoşulub.