ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının Venesuela hadisələri ilə praktik mərhələyə keçdiyi iddia olunur. Sənəddə Qərb yarımkürəsində ABŞ-nin üstünlüyünün bərpası və Monroe Doktrinasının yenidən tətbiqi açıq şəkildə vurğulanır.
Redaksiya xəbər verir ki, strategiyanın yenilənmiş forması “Donroe Doktrinası” adlandırılaraq, Venesuelanı Latın Amerikasında daha geniş təsir planının ilk addımı kimi təqdim edir. Jurnalistin fikrincə, bu yanaşma regional miqyasda ABŞ hegemonluğunun gücləndirilməsini hədəfləyir.
Məqalədə bildirilir ki, plan ABŞ korporasiyalarına strateji təbii sərvətlər üzərində nəzarət verilməsini, regional istehsal zəncirlərinin yenidən qurulmasını və Çinin iqtisadi təsirinin azaldılmasını nəzərdə tutur. Xüsusilə kritik minerallar və nadir torpaq elementləri gələcək hərbi sənaye ehtiyacları baxımından önəmli hesab olunur.
Bundan əlavə, Latın Amerikasında əsas infrastruktur obyektlərinə nəzarətin gücləndirilməsi, regional seçkilərə müdaxilə iddiaları və bəzi ölkələrə qarşı açıq təzyiq ritorikasının mövcudluğu qeyd edilir. ABŞ prezidenti Donald Tramp administrasiyasının bu strategiyanı regional siyasətin əsas xətti kimi müəyyənləşdirdiyi vurğulanır.
