ABŞ hakimiyyət orqanları Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin saxlanıldığını açıqlayıb. Onların hazırda Nyu Yorkda yerləşən istintaq təcridxanasında tutulduğu bildirilib.
Redaksiya BBC news-a istinadla xəbər verir ki, Nikolas Maduro və Siliya Flores silah və narkotiklə bağlı cinayətlərdə ittiham olunurlar. Nikolas Maduro daha əvvəl narkotik kartelinə rəhbərlik etməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.
ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında ABŞ-nin Venesuelanı təhlükəsiz, düzgün və mərhələli keçid təmin edilənədək idarə edəcəyini bildirib. Onun sözlərinə görə, məqsəd ölkədə sabitliyin bərpa olunması və idarəetmənin nəzarətli şəkildə ötürülməsidir.
