ABŞ və Suriya arasında stabillik üçün diplomatik təmaslar genişləndi

ABŞ və Suriya arasında stabillik üçün diplomatik təmaslar genişləndi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Tom Barrak SDQ-nin komandanı ilə Suriyadakı son vəziyyəti və təcili sabitliyin təmin olunması üçün atılmalı addımları müzakirə edib.

Redaksiya xəbər verir ki, danışıqlar zamanı Suriyada milli birlik vaxtının gəldiyi xüsusi vurğulanıb. Barrak tərəfləri qarşılıqlı əməkdaşlığa və qarşıdurmalara son qoymağa çağırıb.

Suriya Daxili İşlər Nazirliyi isə bəyan edib ki, əldə olunmuş atəşkəs razılaşmasından sonra Süveyda şəhərindəki toqquşmalar tamamilə dayandırılıb. Bütün qruplaşmalar şəhər mərkəzindən tam şəkildə geri çəkilib. Hazırda bölgədə sakitlik hökm sürür.

Sevinc Kərimova