ABŞ ÜST-dən rəsmi olaraq çıxır

ABŞ ÜST-dən rəsmi olaraq çıxır

Sevinc Kərimova · Dünya ·

ABŞ hökuməti bu gün Ümumdünya Səhiyyə Təşkilatından rəsmi şəkildə çıxacağını açıqlayıb. Qərar beynəlxalq ekspertlər və səhiyyə qurumları tərəfindən tənqid olunur və bunun həm ABŞ, həm də qlobal səhiyyə təhlükəsizliyinə ciddi zərər vuracağı barədə xəbərdarlıqlar səsləndirilir.

Redaksiya Reuters istinadla xəbər verir ki, ABŞ-in ÜST-dən çıxması ölkə qanunvericiliyinin tələblərinə zidd hesab olunur. Belə ki, mövcud qanuna əsasən, Vaşinqton təşkilata olan təxminən 260 milyon dollar məbləğində ödənilməmiş maliyyə öhdəliyini yerinə yetirməlidir.

Məlumata görə, bu addım ABŞ-in beynəlxalq səhiyyə təşəbbüslərində iştirakını zəiflədə, yoluxucu xəstəliklərlə mübarizə, fövqəladə səhiyyə hallarına hazırlıq və qlobal koordinasiya mexanizmlərinə mənfi təsir göstərə bilər.

Ekspertlər bildirirlər ki, ABŞ-in ÜST-dən çıxması təşkilatın maliyyə dayanıqlığını da sarsıda, xüsusilə inkişaf etməkdə olan ölkələrdə səhiyyə proqramlarının icrasını çətinləşdirə bilər. Eyni zamanda, qərarın beynəlxalq hüquqi və siyasi nəticələrinin də olacağı vurğulanır.