Hyustondan Vaşinqtona gələn United Airlines reysi ilə bağlı “təhlükəsizlik insidenti” səbəbindən ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Reyqan Milli Aeroportuna bütün gəliş və gedişləri dayandırıb.
Redaksiya xəbər verir ki, təyyarədə olan bütün sərnişinlər təxliyə edilərək avtobuslarla terminala aparılıb. Aeroportun sözçüsü bildirib ki, Metropolitan Washington Airports Authority-nin polis qüvvələri hadisə ilə bağlı çoxsaylı hüquq-mühafizə orqanlarının iştirakı ilə geniş araşdırma aparır.
Hazırda uçuş-enmə zolaqları yenidən açılıb və hava limanında fəaliyyət bərpa olunub.
