Venesueladakı son hadisələrdən sonra Vaşinqtonun bir sıra ölkələrə yönəlik ritorikası sərtləşib və mümkün təzyiq hədəfləri açıq şəkildə müzakirə olunmağa başlayıb.
Redaksiya The Guardian-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı etiraz aksiyalarına dəstək verməyə hazır olduğunu bəyan edib, Qrenlandiya ətrafında isə güc tətbiqinə imkan verən açıqlamalara yol verib. Eyni məqalədə Kubanın da ABŞ tərəfindən növbəti təzyiq obyekti kimi ictimai şəkildə xatırlandığı qeyd olunur.
Nəşr vurğulayır ki, bu açıqlamalar Vaşinqtonun xarici siyasət gündəmində yeni mərhələyə keçidin siqnalı kimi dəyərləndirilir və regional, eləcə də qlobal səviyyədə diplomatik gərginlik risklərini artıra bilər.
