ABŞ senatoru Berni Sanders Ceff Bezosun genişmiqyaslı avtomatlaşdırma planları ilə bağlı narahatlığını dilə gətirib. Senatorun sözlərinə görə, bu planlar ABŞ-da və dünyada minlərlə iş yerinin itirilməsinə səbəb ola bilər.
Redaksiya məlumat verir ki, "Wall Street Journal" qəzeti bu yaxınlarda Ceff Bezosun ABŞ-da və bütün dünyada fabrikləri avtomatlaşdırmaq məqsədilə 100 milyard dollar məbləğində vəsait toplamaq niyyətində olduğunu bildirib. Bu təşəbbüs istehsal və anbar sektorlarında iş yerlərinin gələcəyi ilə bağlı ciddi suallar doğurur.
Senator Sanders qeyd edib ki, bu avtomatlaşdırma nəticəsində ABŞ-da həm istehsal, həm də anbar sektorlarındakı iş yerləri getdikcə yox olacaq. Xüsusilə, Ceff Bezosun "Amazon" şirkətində 600.000 işçini ixtisar edərək onları robotlarla əvəz etmək niyyətində olduğu vurğulanıb.
