ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Nizami Salmanov · Media ·

Vaşinqton Rusiyanı Mayamidə baş tutacaq növbəti G20 sammitinə dəvət edib. Bu addım ABŞ prezidenti Donald Trampın ABŞ-Rusiya əlaqələrini yaxşılaşdırmaq istiqamətindəki səylərinin davamı kimi qiymətləndirilir.

Redaksiya xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə açıqlamasında bu toplantıda Rusiyanı kimin təmsil edəcəyinin hələ dəqiq olmadığını bildirib. Moskva bu məsələ ilə bağlı qərarı daha sonra verəcək.

G20 sammiti 14 və 15 dekabr tarixlərində keçiriləcək. Bu beynəlxalq tədbir Florida ştatının Mayami şəhərində baş tutacaq.