ABŞ Prezidenti Tramp Rusiyadan neft alan NATO-ya xəbərdarlıq etdi

ABŞ Prezidenti Tramp Rusiyadan neft alan NATO-ya xəbərdarlıq etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə bağlı yeni sanksiyaların tətbiqi üçün öncə bütün NATO ölkələri birlikdə hərəkət etməlidir.

Redaksiya xəbər verir ki, Tramp “Truth Social” platformasında yazıb: “Bütün NATO dövlətləri razılaşanda və Rusiyadan neft alımını tamamilə dayandıranda, mən də Rusiya Federasiyasına qarşı böyük sanksiyaların tətbiqinə başlamağa hazıram”.

Trampın sözlərinə görə, ABŞ-ın əlavə iqtisadi təzyiqlərə hazır olmasına baxmayaraq, müttəfiqlərin eyni addımı atması vacibdir. ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaların yalnız birlikdə həyata keçirildiyi halda real təsir göstərə biləcəyini vurğulayıb.