ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Politico nəşrinin müxbirinə sual verməsinə imkan tanımayıb. Jurnalist sual vermək üçün söz istədikdə, Tramp onu dərhal dayandırıb.
Redaksiya xəbər verir ki, Tramp müxbirə “Sən kim üçün işləyirsən?” sualını verib. Müxbir “Politico” cavabını verdikdən sonra Tramp “Politico pis yola düşüb” deyərək onun sualını qəbul etməyib.
Tramp daha sonra digər jurnalistlərə müraciət edərək “Başqa birinin bəzi suallar verməsinə icazə verək. Çünki Politico saxta xəbərlər yayır” ifadəsini işlədib.
