ABŞ maliyyə naziri Skott Bessent Avropa İttifaqı ölkələrinin nümayəndələrinə Fox Business telekanalında çıxışı zamanı sərt tövsiyə verib.
Redaksiya xəbər verir ki, Bessent Avropa həmkarlarına “ya razılaşmaq, ya da susmaq” vaxtının çatdığını bildirib. Onun fikrincə, əgər Avropa ölkələri “vahid cəbhə” kimi hərəkət etmək istəyirsə, münaqişənin həllinə real töhfə verməlidirlər.
Nazir əlavə edib ki, Donald Tramp danışıqları davam etdirməyə hazırdır və Alyaskada keçiriləcək Rusiya–ABŞ sammiti ikinci raund danışıqların xəbərçisi olacaq.
Sevinc Kərimova
