ABŞ kəşfiyyat orqanları İranın nüvə silahı hazırlamasına hələ illərlə vaxt lazım olduğunu müəyyənləşdirib. Bu məlumat İsrail kəşfiyyatının iddiaları ilə ziddiyyət təşkil edir.
Redaksiya xəbər verir ki, ABŞ rəsmiləri İranın nüvə silahı istehsalına günlər qalması ilə bağlı İsrailin irəli sürdüyü fikirləri əsaslı saymır. Əldə edilən kəşfiyyat məlumatlarına əsasən, İranın bu istiqamətdə müəyyən texnoloji irəliləyişlər əldə etməsinə baxmayaraq, faktiki olaraq silah istehsalına keçməsi yaxın illərdə mümkün deyil.
Bu açıqlama, İranla bağlı qərarların qəbulunda beynəlxalq ictimaiyyətə təsir göstərə biləcək əhəmiyyətli bir fərqi ortaya qoyur və bölgədəki mövcud hərbi gərginliyin səbəblərinə dair yeni suallar doğurur.
Sevinc Kərimova
