ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın istefa verəcəyi bildirilir.
Redaksiya Fox News-a istinadla xəbər verir ki, Qabbard bu qərarı həyat yoldaşına dəstək olmaq üçün verib.
Məlumata görə, onun həyat yoldaşına nadir rast gəlinən sümük xərçəngi forması diaqnozu qoyulub və Qabbard ailəsinə daha çox vaxt ayırmaq niyyətindədir.
Tulsi Qabbard son illərdə ABŞ siyasətində və təhlükəsizlik strukturlarında ən çox müzakirə olunan fiqurlardan biri olub.
Hələlik Ağ Ev və ABŞ Milli Kəşfiyyat Ofisi istefa ilə bağlı rəsmi açıqlama yaymayıb.
