Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün nəzərdə tutulan danışıqlarda diqqət çəkən diplomatik hərəkətlilik müşahidə olunur. Rusiya nümayəndə heyəti artıq İstanbulda yerləşib və danışıqlara başlamağa hazırdır. Bu barədə bir sıra beynəlxalq media qurumları məlumat yayıblar.
Redaksiya xəbər verir ki, bununla paralel olaraq, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya yola düşməsi barədə məlumatların yayılmasından sonra ABŞ Prezidenti Donald Tramp da danışıqlara öz nümayəndələrini göndərəcəyini açıqlayıb.
Türkiyə Prezident Administrasiyası isə cümə axşamı üçün Rəcəb Tayyib Ərdoğanın rəsmi proqramını açıqlayıb. Proqrama əsasən, Ərdoğan yalnız Ankarada Zelenski ilə təkbətək görüş keçirəcək. Rusiya və Ukrayna nümayəndə heyətləri ilə birbaşa təmas planlaşdırılmayıb.
Sevinc Kərimova
