ABŞ İranla ticarətə görə yeni sanksiya qərarı açıqladı

ABŞ İranla ticarətə görə yeni sanksiya qərarı açıqladı

Sona Osmanova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlama ilə İranla bağlı yeni ticarət qərarını elan edib. Açıqlamada qərarın dərhal qüvvəyə mindiyi vurğulanıb.

Redaksiya məlumat verir ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə biznes aparan istənilən ölkəyə qarşı ABŞ ilə görülən bütün ticarət əməliyyatlarına iyirmi beş faiz tarif tətbiq ediləcəyini bildirib.

Onun sözlərinə görə, bu qərar yekun və qətidir, hər hansı istisna və ya əlavə danışıqlar nəzərdə tutulmur. Qərarın beynəlxalq ticarət münasibətlərinə və İranla əməkdaşlıq edən ölkələrin iqtisadi əlaqələrinə ciddi təsir göstərəcəyi gözlənilir.