ABŞ Mərkəzi Komandanlığı İranın Qoruk və Keşm adalarındakı hərbi obyektlərinə müdafiə xarakterli zərbələr endirdiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, CENTCOM əməliyyatın İranın beynəlxalq sular üzərində uçan ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatını vurması kimi hərəkətlərinə cavab olaraq keçirildiyini bildirib.
Məlumata görə, ABŞ hərbi təyyarələri İranın PUA radarlarını və komanda-idarəetmə məntəqələrini hədəfə alıb.
Zərbələr nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə stansiyası və bölgədəki gəmilər üçün təhlükə yaratdığı bildirilən 2 kamikadze PUA məhv edilib.
CENTCOM əməliyyat zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmadığını açıqlayıb.
Vaşinqton bu hücumları regiondakı Amerika qüvvələrinin, beynəlxalq gəmiçiliyin və müttəfiq tərəfdaşların qorunması üçün zəruri cavab tədbiri kimi təqdim edir.
Hadisə Fars körfəzi və Hörmüz boğazı ətrafında ABŞ-İran gərginliyinin yenidən artdığı dövrə təsadüf edir.
