ABŞ-nin dövlət katibi Marko Rubio, İranla müharibənin iki ilə dörd həftə arasında davam edəcəyini bildirib. O, Vaşinqtonun müharibə hədəflərinə bu müddət ərzində nail olunacağını qeyd edib. Bu açıqlama G7 ölkələrinin xarici işlər nazirlərinin keçirdiyi iclasdan sonra səsləndirilib.
Redaksiya BBC-YƏ istinadən məlumat verir ki, ABŞ prezidenti Donald Tramp martın 26-da İranın enerji obyektlərinə hücum etməməklə bağlı qərarını 10 gün daha uzatdığını elan edib. Tramp özünün sosial media paylaşımında bu təxirə salma qərarının İran hökumətinin müraciəti əsasında qəbul edildiyini də vurğulayıb.
Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ prezidentinin bəyanatına baxmayaraq, İranın İsrail tərəfindən martın 27-də iki böyük polad zavoduna, bir enerji obyektinə və mülki nüvə qurğularına hücuma məruz qaldığını açıqlayıb. İran mediasında isə Ərak şəhəri yaxınlığındakı ağır su zavodunun və Ərdəkanda yerləşən uran emalı müəssisəsinin bombalandığı barədə məlumatlar yayılıb. Həmçinin, Tehranə qarşı həyata keçirilən hücumlar nəticəsində mülki itkilərin olduğu da bildirilir.
