ABŞ-ın Strateji Neft Ehtiyatında azalma qeydə alınıb. Son həftə ərzində ehtiyatların təxminən 5,2 milyon barrel azalaraq 392,7 milyon barrelə düşdüyü bildirilir.
Redaksiya məlumat verir ki, azalma əsasən kükürdlü xam neft ehtiyatlarında qeydə alınıb. Bu kateqoriya üzrə ehtiyatlar təxminən 4,8 milyon barrel azalaraq 243,6 milyon barrelə enib.

Azkükürdlü xam neft ehtiyatları isə təxminən 0,4 milyon barrel azalaraq 149,1 milyon barrel təşkil edib. Beləliklə, ABŞ-ın fövqəladə hallar üçün saxladığı strateji ehtiyatların ümumi səviyyəsi yenidən aşağı düşüb.
Enerji bazarında gərginlik fonunda strateji ehtiyatların azalması Vaşinqton üçün əlavə risk yaradır. “Chevron”un baş direktoru Mayk Virt də ABŞ-ın strateji neft ehtiyatlarının sürətlə azaldığını bildirərək, bunun enerji təhlükəsizliyi baxımından diqqətlə izlənməli olduğunu vurğulayıb.
