ABŞ-li jurnalist Taker Karlsonun açıqlamasına görə, ABŞ ilə Venesuela arasında hərbi münaqişə ehtimalı kəskin şəkildə artıb. O bildirib ki, Konqresdəki mənbələrinə əsasən, ABŞ qanunvericiləri mümkün müharibə barədə əvvəlcədən məlumatlandırılıblar.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Konqres üzvlərinə Venesuela ilə bağlı yaxın saatlarda hərbi əməliyyatların başlaya biləcəyi barədə xəbərdarlıq edilib. Məlumata görə, məsələ ilə bağlı siyasi və hərbi strukturlar fövqəladə hazırlıq vəziyyətinə gətirilib.
Jurnalistin iddiasına əsasən, ABŞ prezidenti Donald Tramp cümə axşamı günü Bakı vaxtı ilə səhər saat altıda xalqa müraciət edərək müharibənin başlandığını elan edə bilər. Bildirilir ki, müraciət dövlət siyasətində kəskin dönüş nöqtəsi kimi qiymətləndirilir.
Hazırda rəsmi Vaşinqton tərəfindən yayılan təsdiqlənmiş açıqlama yoxdur. Venesuela tərəfi də mümkün hərbi eskalasiya ilə bağlı rəsmi mövqe bildirməyib. Gözləntilərə görə, yaxın saatlarda vəziyyət daha da aydınlaşacaq.
