Azərbaycan və Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə əldə edilən yeni sülh sazişi nəticəsində ABŞ ilə İran arasında birbaşa sərhəd xətti formalaşıb. Sazişə, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlanan strateji tranzit dəhlizinin yaradılması daxildir.
Redaksiya xəbər verir ki, bu dəhliz Ermənistanın Sünik bölgəsindən keçərək İranın şimal sərhədinə yaxın ərazidən Naxçıvan Muxtar Respublikasına çıxışı təmin edir. Naxçıvan isə Azərbaycan, Ermənistan, Türkiyə və İranla sərhəddə yerləşir.
Mütəxəssislər hesab edirlər ki, TRIPP layihəsi Cənubi Qafqazda ticarət yollarının genişlənməsinə, regional əməkdaşlığın möhkəmlənməsinə və geosiyasi münasibətlərdə yeni balansın yaranmasına səbəb ola bilər.
Sevinc Kərimova
