ABŞ Ədliyyə Nazirliyində Ceffri Epsteinlə bağlı sənədlərin hazırlanması prosesi fonunda ciddi narahatlıq yaranıb. Məlumata görə, Konqresin müəyyən etdiyi cümə günü son tarixinə qədər minlərlə səhifəlik materialın redaktə olunaraq təqdim edilməsi tələb olunur.
Redaksiya CNN-ə istinadla xəbər verir ki, nazirlikdə çalışan hüquqşünaslar çox qısa vaxt ərzində böyük həcmli sənədləri nəzərdən keçirməyə çalışırlar. Proses zamanı onlara məhdud təlimatlar verilir, göstərişlərdə uyğunsuzluqlar mövcuddur və sənədlər arasında çoxsaylı təkrarlara rast gəlinir.
Mövcud vəziyyət hüquqşünaslar arasında səhvlərin baş verməsi və ya həddindən artıq redaktələrin aparılması ilə bağlı narahatlıqları artırıb. Bildirilir ki, bu cür risklər sənədlərin məzmununun düzgün və tam şəkildə açıqlanmasına mənfi təsir göstərə bilər.
Konqresin müəyyən etdiyi müddət çərçivəsində işlərin tamamlanmasının çətin olduğu vurğulanır və prosesin gərgin tempdə davam etdiyi qeyd edilir.
