ABŞ dövlət katibi İsraili tənqid edənlərin pasportlarını ləğv etməyi təklif etdi

ABŞ dövlət katibi İsraili tənqid edənlərin pasportlarını ləğv etməyi təklif etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın hazırkı dövlət katibi Marko Rubio ölkə vətəndaşlarının İsraili tənqid etməsi ilə bağlı yeni təşəbbüslə çıxış edib. O, bu məsələ ilə əlaqədar Senata qanun layihəsi təqdim edib.

Redaksiya Intercept-ə istinadla xəbər verir ki, layihəyə əsasən, İsraili sərt şəkildə tənqid edən ABŞ vətəndaşlarının pasportları ləğv oluna bilər.

Məsələyə münasibət bildirən müxalifət nümayəndələri bu təşəbbüsün söz azadlığına zidd olduğunu və konstitusion hüquqları məhdudlaşdırdığını vurğulayaraq, onun ciddi müzakirələrə səbəb olduğunu qeyd ediblər.