ABŞ dövlət katibi Fransa prezidentinin Fələstin dövlətini tanımaqla bağlı açıqlamasına kəskin reaksiya verib.
Redaksiya xəbər verir ki, dövlət katibi bu qərarın yalnız HƏMAS-ın təbliğatını gücləndirəcəyini və sülh prosesinə maneə yaradacağını bildirib.
“Fransa prezidentinin bu addımı barışa deyil, əksinə, radikal qrupların mövqelərinin möhkəmlənməsinə xidmət edir,” – deyə ABŞ rəsmisi vurğulayıb.
Vaşinqton tərəfi Fələstin dövlətinin tanınmasının yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə mümkün olacağını hesab edir.
Sevinc Kərimova
