ABŞ-də yeni virus infeksiyasının yayılması narahatlıq doğurur

ABŞ-də yeni virus infeksiyasının yayılması narahatlıq doğurur

Arzu Qafarova · Səhiyyə ·

ABŞ ərazisində sağalmaz olduğu bildirilən yeni virus infeksiyası sürətlə yayılmaqda davam edir. Xəstəlik soyuq hava şəraitində aktivləşir və ilkin mərhələdə soyuqdəymə və qripə bənzər əlamətlərlə özünü göstərir.

Redaksiya xəbər verir ki, virus tənəffüs sistemi ilə yanaşı gözlərə, böyrəklərə və digər orqanlara da təsir edir. Rəsmi məlumatlara əsasən, ölkə üzrə milyonlarla yoluxma halı qeydə alınıb, minlərlə insan isə həyatını itirib.

Alimlər mövcud vəziyyətin yeni pandemiya riskini artırdığını bildirərək, hadisələrin COVID-19 ssenarisinə bənzəyə biləcəyini istisna etmirlər. Virusun mənşəyi ilə bağlı araşdırmalar davam edir və onun mümkün bioloji silah olması ehtimalı da araşdırılan versiyalar sırasındadır.

Mütəxəssislər vəziyyətin ciddi nəzarət altında saxlanılmasının vacibliyini vurğulayır və beynəlxalq səviyyədə elmi əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu qeyd edirlər. ABŞ-də mövcud epidemioloji vəziyyət qlobal səhiyyə ictimaiyyətinin diqqət mərkəzində qalmaqda davam edir.